11 Yanvar 2022 16:22
2 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılovanın yaxın günlərdə gözlənilən nişan mərasimindən danışıb.

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova qızı haqda bu sözləri qeyd edib: "Mən heç vaxt anamın üzünə ağ olmadım, kobudcasına cavab qaytarmadım. Anam mənə hirslənsə də, "anamdı, canımdı" dedim, sevdim, hörmət etdim. Şükürlər olsun, qızım da məni heç zaman unutmadı, üzümə ağ olmadı. Qızım, sən də mənə mənim kimi övlad oldun. Analar övladlarını çox sevir.

Hərdən düşünürəm ki, kimsəni belə sevmək olarmı?! Sən mənim hər şeyimsən. Hərdən sənin uşaqlığın üçün çox darıxıram, hər gün varlığına şükür edirəm. Məni ana edən qızım, hər zaman xoşbəxt ol. Sən bir evə gəlin gedirsən. Allah bütün balaları xoşbəxt eləsin. Təbrikləriniz üçün hər kəsə minnətdarlığımı bildirirəm"

Qeyd edək ki, Aysun İsmayılovanın nişan mərasimi yanvarın 26-da baş tutacaq.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər