Türk kinosunun ulduzu Fatma Girik dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, uzun zamandır səhhətində problem yaşayan Fatma Girik 79 yaşında vəfat edib.
Altı aydır müalicə alan aktrisa İstanbulda özəl xəstəxanaların birində həyatla vidalaşıb.