"Bakı Apellyasiya Məhkəməsində sonuncu iclas baş tutdu, övladlarımı mənə verdilər".
Bu sözləri Teleqraf.com-a əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova deyib.
"Hakim çox ədalətli qərar verdi, övladlarımın üçünü də mənə verdilər. İnanırsınız ki, bilmirəm sevincimi necə paylaşım?! Çox sevinirəm. Bu doğum günümə böyük hədiyyə oldu. İnşallah qarşı tərəf şikayət etməz. Şikayət də etsələr axıra qədər gedəcəyəm. İki ay ərzində qərar qüvvəyə minəcək. Öz qanunlarımıza inanıram. Analara da məsləhət görürəm ki, övladları üçün axıra qədər getsinlər, nəticəsini görəcəklər. İndi məktəbə uşaqlarıma xəbəri deməyə gedirəm".
Qeyd edək ki, Mətanət İsgəndərlinin oğlu ikinci dəfə Aysel adlı xanımla evlənib. Onun Canana ilə nikahından üç övladı var.