Müğənni Roza Zərgərliyə yeni fəaliyyətə başlayan "Kanal S"də vəzifə verilib.
Teleqraf.com-un xəbərinə görə, sənətçi telekanalın baş prodüseri vəzifəsini icra edəcək.
Kanal gələn ay yayıma başlayacaq.
Qeyd edək ki, Roza Zərgərli 8 ildir televiziyada fəaliyyət göstərir. O, "Bakı vaxtı ilə" proqramının aparıcısı və müəllifi olub. Hazırda ARB TV-də yayımlanan "Tam vaxtıdır" verilişinin həm aparıcısı, həm də layihə rəhbəridir.