Aparıcı Rövşanə Ağasəfqızı MTV Azərbaycan kanalında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Rövşanə Ağasəfqızı proqramda ağlayan meyxanaçı Samirə Yusifqızının müdafiəsinə qalxıb:
"Bir kişi üçün ağlamağa, sızlamağa dəyməz. Ayağını yerə vur, sənin üçün ağlasınlar, göz yaşını sil. Kişilərə bağlanmayın! Qadınlar, sizə xəyanət edən kişilərə bağlanmayın. Dəyərinizi bilməyən kimsə üçün göz yaşı axıtmayın. Zərrə qədər də ağlamaq olmaz. Kişilər xəyanət edirlər, rəfiqənizlə, dostunuzla xəyanət edirlər".