24 Fevral 2022 14:52
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə pandemiyada insanlara yardım edənlərin iç üzünü açıb.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə İnstaqramda şəhid qardaşının videosunu paylaşaraq onun "Xeyriyyəçi öz cibinin pulu ilə xeyriyyəçilik etməlidir, onun-bunun pulu ilə xeyriyyəçilik olmur" fikrini dəstəkləyib.

Müğənni bu sözləri yazıb: "Axır ki, bunu deyən oldun. Pandemiya vaxtında çoxları xalqa yardım adı ilə sərvət sahibi oldular. Savadsız insanların "qəhrəmanına" çevrildilər. Ev, maşın, mülk, torpaq aldılar. Bu qardaş yerində vurğuladı".

Müğənni daha sonra yazdığı şərhi silərək yalnız videonu paylaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər