2 Mart 2022 13:50
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəyə sığınan Ukraynanın "Avroviziya 2016" mahnı müsabiqəsinin qalibi, Krım türklərindən olan xalq artisti Camala mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, iki uşağı ilə Türkiyəyəyə gələn müğənni ölkə başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib:

"Ukraynada günlərdir ki, günahsız vətəndaşlar bombalanır. Kiyevdə qocalar, qadınlar və uşaqlar sağ qalmağa çalışırlar. Bizə göstərdikləri dəstəyə görə Türkiyə dövlətinə və xalqına təşəkkür etmək istəyirəm. 100 il əvvəl olduğu kimi Türkiyə humanitar və vicdanlı məsuliyyətin tələbi olaraq üzümüzə qapılarını sona qədər açdı. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğana və türk xalqına sonsuz təşəkkür edirəm".

İfaçı onu da bildirib ki, heç vaxt Türkiyəyə qaçqın kimi gələcəyini düşünməyib: “Həyat yoldaşım məni fevralın 24-də səhər saat 05:00-da bomba səsinə oyatdı və Kiyevə hücum edildiyini dedi. Əvvəl nə edəcəyimi bilmədim. Çox qərarsız idik. Uşaqlarımı götürüb, sığınacaqlara getdik. Sonra başa düşdük ki, bütün Ukrayna mühasirəyə alınıb və hər tərəfdən müxtəlif şəhərlərdə bomba səsləri eşidilir. Kiyevi tərk etməli olduq".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər