5 Mart 2022 17:02
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri Rusiya ilə Ukrayna arasındakı müharibəyə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Nura Suri sosial şəbəkədə bu barədə paylaşım edib.

"İnsanların qurduğu dünyaya baxın, adi adam birini döyəndə, bıçaqlayanda və sair cinayətkar olur, türmədə yatır. Prezident olanda minlərlə insanların ölümünə səbəb olur, amma nə cinayətkar olur, nə də cəza verəni olur. Durduq yerdə qoşunu sal başqa dövlətə, yerlə-yeksan et, heç öz millətin də səni mühakimə etməsin. Bu necə dünyadır?! Amerika da eyni addımı vaxtilə başqa dövlətlərə - İraq, Vyetnam və başqalarına qarşı atıb ki, gəlmişik sizi sizdən xilas etməyə. İndi bu da eyni sözü deyir. Elə bil evdə ərinlə dava etmisən qonşu gəlib, uşaqlarını öldürüb, evində nə var sındırıb-dağıdıb, sonra da səni evindən çıxarıb atıb bayıra ki, bəs, gəlmişəm sizi xilas etməyə...", - deyə qeyd edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər