Xalq artisti Nəzakət Teymurova Ağdamda Azərbaycanın Rusiyadakı səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə bir araya gəlib.
Teleqraf.com xəbər verir ki, Nəzakət Teymurova səfir ilə fotosunu İnstaqramda paylaşaraq bu sözləri qeyd edib:
"Dəyərli Polad müəllim, sizi görmək çox xoş oldu. Sənətə yeni başlayan ifaçılara və ustad sənətkarlara eyni münasibətdə oldunuz. Hər kəsi özünə, sənətinə görə qiymətləndirdiniz. Qazanan Azərbaycan musiqisi oldu. Yaxşı ki, varsınız. Sizi hər kəs çox istəyir. Allah sizi qorusun".