23 Mart 2022 20:57
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnstaqram səhifəmi bağlamışam. Arada səhifəmi açıram, hərdən bağlayıram".

Teleqraf.com xəbər verir ki, bu sözləri MTV Azərbaycan kanalında müğənni Gülay Zeynallı deyib.

"Mən həyatda hər şeyə real baxan insanam. İnsan kimisə aldada bilər, gərək özü-özünü aldatmasın. İnsan özünü aldadanda müvəqqəti xoşbəxtlik verir. Sənə nə rahatdırsa, onu et, kim nə edir, kim nə iş görür? Əsas odur ki, səni Allah görür, əməlinin, niyyətinin mükafatını verir. İnstaqram səhifəm məndən alınsa da, bağlansa da fərqi yoxdur. Həyatda daha vacib işlərim var", - o bildirib.

Şəxsi həyatı ilə diqqət mərkəzində olan ifaçı mətbuatda yaradıcılığından yazılmamasından da şikayət edib:

"Mahnım çıxdı, heç bir səhifə paylaşmadı. Mən də mətbuatda haqqımda xəbər yazılmasını istəmirəm. Biz uşaq deyilik, hansısa yaşa gəlmişik. Ailəmiz, övladımız var. Yaxşılığıma da, pisliyimə də şəxsi həyatıma da aid xəbər yazılmasını istəmirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər