Sənətinin 26-cı ilini qeyd edən Xalq artisti Faiq Ağayev bu illər ərzində şəxsi azadlığını itirdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, “Region Tv”-də yayımlanan “Şou Məkan” verilişinin qonağı olan ifaçı maraqlı açıqlamlar verib.
Xalq artisti bu sənətə gələndə ən böyük dəstəyi ailəsindən, bəstəkar Eldar Mansurovdan, Mədəniyyət Nazirliyidən, Polad Bülbüloğlu və xalqından görüdüyünü bildirib. Bu yaxınlarda “Sərxoş oldum” adlı mahnısını sevənlərinə təqdim edən Faiq Ağayev həyatda bir-birini sevən iki şəxsin məhəbbətini və yaxud gənc övladın valideyninə göstərdiyi hörmətin şahidi olduqda həqiqətən təsirləndiyini açıqlayıb.
Rüstəm