Aprelin 24-də evlənən Seda Sayan və Çağlar Ökten bal ayı üçün Parisə yollanıb.
Teleqraf.com xəbər verir ki, cütlük bu səfər üçün şəxsi təyyarə kirayələyib.
Parisə gedən Seda Sayan əri ilə ilk bal ayı fotosunu "Hər kəsin bayramı mübarək" qeydi ilə paylaşıb.
İşlə əlaqədar dərhal bal ayına gedə bilməyən cütlüyü yaxın dostları Esra Özmen və Gülşah Saraçoğlu müşayiət edib.
Qeyd edək ki, Seda Sayan fevralın 14-də birlikdə çalışdığı musiqiçi Çağlar Öktendən evlilik təklifi almışdı. Bu vaxta kimi 6 dəfə ailə həyatı quran 59 yaşlı Seda Sayan özündən 25 yaş kiçik musiqiçiyə ərə gedib.