7 May 2022 18:15
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnarə Xəlilova məktəblilər arasında baş verən intihar hadisəsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Elnarə Xəlilova valideynləri övladlarının yanında olmağa səsləyib:

"Əziz valideynlər, analar, atalar, bir valideyn kimi sizi çox gözəl anlayıram. Əziyyətimiz danılmazdır. Ancaq nə olar, sizə yalvarıram uşaqlarınızın üzərinə getməyin. Onlara hər işlərində dəstək olmağa çalışın.

Hər il buraxılış imtahanlarından sonra məktəblilər arasında intiharların sayı artır. Bu yolverilməzdir. Sizin uşağınız həyatda olmayandan sonra onun təhsili kimə lazımdır? Olmasın ali savadlı. Peşə məktəbinə verin, aşpaz, dülgər, saç ustası, vizajist, dərzi, dəmirçi olsun - fərqi yoxdur, lap fəhlə olsun... Amma canı sağ, salamat, sağlam və xoşbəxt olsun. Qarşıdan qəbul imtahanları gəlir. Valideynlər oyansın!".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər