Müğənni Çingiz Mustafayev "Jeep" markalı avtomibilini satışa çıxarıb.
Teleqraf.com xəbər verir ki, ifaçı İnstaqram hesabında bu sözləri deyib:
"Yol yoldaşını doğru seçənlər heç zaman yol yorğunu olmazlar. Belə bir yol yoldaşıyla isə heç yolumuzda daş da olmadı. Birgə gözəl yollar qət etdik, yeni yerlər kəşf etdik, yaradıcılığımın ekrana daşıdığım hissələrində də öz “rolunu” oynadı. Bəlkə də artıq özünə yeni yol yoldaşı tapmağın vaxtıdır. Çünki, mən də ondan uzaqlardayam artıq. Bu gözəl yol yoldaşımı, “Jeep”imi auksion qaydası ilə dinləyicilərimdən birinə satmağı qərara almışam".
Qeyd edək ki, müğənni İndoneziyaya köçüb.