11 May 2022 13:35
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aygün Bəylər Arb televiziyasında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, aparıcının "Bu gün ailənizdən yanınızda kimlər var?" sualına cavabda Aygün Bəylər deyib: "Heç kim yoxdur. Övlad da özü üçün... O da böyüyəcək. Allah bütün balaları xoşbəxt etsin. Mənim də bir ana kimi borcumdur ki, övladımı boya başa çatdırım. Vətənimə layiqli övlad yetişdirim. 13 yaşı var".

"Həyatının hansı mərhələsini yaşayırsan?" sualına isə Aygün Bəylər belə cavab verib:

"Həyatımın çox ağır mərhələsini yaşayıram. Studiyam, orkestrım yoxdur. 16 yaşımdan şəxsi ansamblım olub. Toy mərasimlərindən kisələrlə pullar qazanırdıq. Sonra evdə bölürdük".



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər