“Avroviziya-2022” mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli final öncəsi gözlənilməz addım atıb.
Teleqraf.com xəbər verir ki, müğənni imicini dəyişib.
Buruq saçlarını kəsdirən təmsilçimiz yeni görkəmini İnstaqram izləyiciləri ilə paylaşaraq “Dəyişikliyin gücünə etinasız yanaşmayın”, - deyə qeyd edib.
Qeyd edək ki, bu gün İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin finalı keçiriləcək. Müsabiqənin qalibi 26 ölkə iştirakçısı arasından seçiləcək. Səhnəyə 15-ci çıxacaq Nadir Rüstəmli ölkəmizi “Fade to black” mahnısı ilə təmsil edəcək.