1 Dekabr 2014 11:27
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı “Eurovision 2008”də təmsil edən Elnur Hüseynov “O səs Türkiyə”yə mahnı müsabiqəsinə qatılıb.

Teleqraf.com xəbər verir ki, prodüser Tarix Əliyev “Instagram” hesabında qeyd edib:

“Bax budur Azərbaycanın səsi! 75 milyonluq Türkiyədə tapılmayan səs Azərbaycandan çıxdı. Bax belə insanları qoruyub, ucaldıb arxa çıxmaq lazımdır! Yoxsa bəzi “Bozbaş” mügənnilər, musiqidən bixəbərlər sevgili hesabına klip çəkdirib efirə çıxanlar, sevgililəri “lotu” olub onun-bunun üstünə adam göndərənlər, üç gün çıxıb özünə “nömrə bir” deyənlər... Siz bu insanın səsi qarşısında heç kimsiniz! Onun adı Elnur Hüseynovdur. Çalışın ki, onu da vətəndən küsdürüb başqa ölkələrə yem etməyin. Burda bəzi özlərini kişi hesab edərək kimlərisə qınayanlara da aiddir... Kişiliyin meyyarı güclə ölçülmür! Elnur təkrarsız səsi ilə Avropanı necə lərzəyə gətirmişdisə, “O səs Turkiyəni” də dəhşətə gətirdi”.

Qeyd edək ki, yarışmanın növbəti bölümü bu gün baş tutacaq. “O səs Türkiyə”nin anonsu Elnur Hüseynovun çıxışı üzrə qurulub.

Teleqraf.com həmin videonu təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər