1 Dekabr 2014 16:36
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rusiyalı müğənni, “A-Studio” qrupunun solisti Keti Topuriyanın hamilə olması xəbərləri yayılsa da, müğənni özü bunu təsdiq etməyib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, şəxsi həyatı barədə danışmağı sevməyən ifaçının ailəsinin yaxın dostu, iş adamı Aliko Arçuradze mətbuata açıqlamasında Ketinin hamilə olduğunu deyib:

“Keti hamilədir. Mən bu barədə iki ay əvvəl xəbər tutmuşam. Lev Qeyhman (müğənninin əri –red.) və bütün qohumları çox sevinirlər. Allah onların özlərinə və körpələrinə can sağlığı versin”.

Qeyd edək ki, bu, Ketinin ilk, Levin isə ikinci övladı olacaq. Belə ki, L.Qeyhmanın əvvəlki evliliyindən Sonya adlı bir qızı var. 28 yaşlı Keti ilə 42 yaşlı Levin toyu ötən ilin sentyabrında baş tutub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər