Düşünürəm ki, səhnə adamı həmişə özünə fikir verməlidir və özünə baxmalıdır. Yürüşə çıxıram, qidama fikir verirəm. Onu da deyim ki, gün ərzində çox işləyirəm. 15-20 gündür ki, istirahətə çıxmışam. Adam özünü tərifləməz, amma vaxtımı çox işgüzar keçirməyi xoşlayıram. Elə olur ki, axşama qədər su içmirəm, yemək yemirəm.
Bu sözləri Xalq artisti Nəzakət Teymurova Teleqraf.com-a açıqlamasında arıqlama sirrini bölüşərkən deyib.
"Necə formada qaldığımla bağlı mövzunu qapalı saxlamağı xoşlayıram. Düşünürəm ki, həm də insanın qəlbi gözəl olanda hər şey gözəl görünür. Dedi-qodudan uzaq olanda insanın simasına vurur, insan sevdiyi işlə məşğul olanda, neqativdən uzaq olanda həyatda hər şey gözəlləşir", - deyə bildirib.