Məşhur müğənni Maykl Ceksonun ekspertiza nəticələri mediyaya sızıb.
Teleqraf.com-ın xarici mətbuata istinadən məlumatına görə, müğənninin cəsədinin tibbi ekspertizasından sonra məlum olub ki, o, ölən zaman səhhəti ilə bağlı heç bir problemi yox imiş. Həkimlərin hesabatında deyilir ki, M.Cekson revmatizma və ağciyər çatışmazlığından əziyyət çəksə də, ölümqabağı bunlarla əlaqədar heç bir problem yaşamayıb. Müğənni həkiminin ona yatması üçün verdiyi güclü anesteziya dərmanı səbəbindən dünyasını dəyişib.
Həmçinin, hesabatda pop kralının qollarında çoxlu sayda dəlik, üzündə və boynunda yara izləri, əzələ və dodaqlarında isə döymələr görüldüyü, özünün isə keçəl olduğu ortaya çıxıb.
Rüstəm