Prodüser Tarix (Tolik) Əliyev müğənni Damlanın Heydər Əliyev Mərkəzində baş tutan konsertində geyindiyi paltarı sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, Tarix Əliyev İnstaqram səhifəsinin şərh bölümündə bu sözləri yazıb: "Bu geyim Damlanın bədən quruluşuna uyğun deyil. Damla yaxşı qızdır, safdır, ağıllıdır, həm də "biclik" edir və bilir ki, belə geyinsə, hamı konsertdən yazacaq. Əks halda konsert kimsəyə maraqlı olmayacaq. Bəzi "kişicik" stilistlər Damlanı belə geyindiriblər ki, sən Cennifer Lopezsən. Amma demirlər ki, Cennifer Lopez bunu daşıya bilir. Yazıq Damlanı arvad simalı stilistlər pis günə qoyublar.
Damla pul buraxır, gözəl kliplər çəkir, amma işləri gündəm olmur. Yalnız ya geyimi, ya da hansısa epizod... Bu da müğənninin ən böyük uğursuzluğudur. Gərək müğənninin klipi də, hər layihəsi də gündəm olsun. Geyimləri də zövqsüzdür, biri var brend ola, biri də var Ceniffer Lopezin “kitayski poddelka”sı..."
Qeyd edək ki, Damla Heydər Əliyev Mərkəzində "10 il sizinlə” şüarı ilə konsert proqramı ilə çıxış edib.