Bir neçə gün əvvəl həbs olunan türkiyəli müğənni Gülşən azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, sənətçi məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, daha əvvəl Gülşənin konsertlərindən birində dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Müğənni İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb, daha sonra həbs edilib.
Bir sıra tanınmış şəxslər, o cümlədən ABŞ-ın Xarici İşlər Nazirliyi Gülşənin həbsinə reaksiya verib.