1 Sentyabr 2022 12:50
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxan 73 yaşlı xalq artisti Ənvər Həsənovun müalicəsi davam edir.

Bu haqda Teleqraf.com-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib: "Koronavirusa görə atamı başqa xəstəxanaya apara bilmirik, digər müalicələri qalıb. Bir həftəni itirdik. Amma virusun əlamətləri yoxdur, ciyəri təmizdir. Başı çox ağrıyır, oksigen getmir. Səhhəti yaxşı deyil".

Qeyd edək ki, Ənvər Həsənov Mərdəkanda 26 saylı Birləşmiş Şəhər Xəstəxanasındadır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər