Türkiyənin məşhur müğənnisi Tarkan İzmirdə konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Tarkan 9 sentyabr - İzmirin Qurtuluşu Günü çərçivəsində Gündoğdu Meydanında sevənləri ilə görüşüb.
İfaçının konsertində böyük izdiham yaşanıb və onu iki milyondan çox tamaşaçı dinləyib.
Konsertdə diqqət çəkən məqamlardan biri də ifaçının pərəstişkarından birinin səhnəyə atılması olub. Həmin şəxs dərhal mühafizəçilər tərəfindən səhnədən endirilib. Tarkan mühafizəçilərdən şəxsi incitməməyi və onun sevgidən belə addım atdığını bildirib.