19 Sentyabr 2022 13:30
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın xalq artisti, “Avroviziya-2006”nın iştirakçısı Tina Karolun Bakıda planlaşdırılan konserti ləğv edilib.

Teleqraf.com xəbər verir ki, bu haqda iticket.az saytında məlumat verilib: "Təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur".

İfaçı noyabrın 25-də Bakıda gecə klublarının birində səhnəyə çıxacaqdı.

Qeyd edək ki, yaxın günlərdə Ermənistanı dəstəkləyən ukraynalı müğənni Maks Barskixin də ölkəmizdə konserti ləğv edilmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər