24 Sentyabr 2022 19:27
2 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aysun İsmayılova anası, müğənni Rəqsanə İsmayılovanın aparıcısı olduğu "Göz önündə" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova Rəqsanə İsmayılovanın "Eşitdim ki, verilişlərin birində müğənni Rəqsanənin qızı kimi deyil, Aysun Əmiraslanova kimi təqdim edilməsini istəmisən" sualına "Çünki buna haqqım var. Birincisi, müğənni Rəqsanənin qızı olmağımdan nə utanıram, nə də çəkinirəm. Əksinə, bu, mənim üçün fəxrdir. Ona görə müğənni Rəqsanənin qızı kimi təqdim edilməyimi istəmirəm ki, müğənni kimi əziyyət çəkirəm. İnsanlar artıq müğənni kimi qəbul edib. İstəmirəm ki, haradasa konsert verəndə aparıcı məni "Rəqsanənin qızı" kimi təqdim etsin. İzləyicilər mənə görə gəlirlərsə, deməlidirlər ki, müğənni Aysun Əmiraslanova", - deyə cavab verib.

İfaçı uşaqlıq illərində atasını axtardığını da etiraf edib: "Uşaq olanda atamı axtarmışam. Ondan atalıq görməmişəm. O insan yanımdan keçsə, tanımaram. Anam bilmədi, amma atamı axtardım, o zaman 12 ya da 14 yaşım var idi, dəqiq xatırlamıram. Nənəmdən xahiş etdim ki, atamı görmək istəyirəm. Çünki hər kəs mənə deyirdi ki, sən atan Yaşara oxşayırsan. Goranboya getdik, axtardıq. Özü qabağıma çıxmadı və dedi ki, o adda qızım yoxdur. Əmim dedi ki, atan səni görmək istəmir. Məni tapmaq o qədər də çətin deyil. Məni istəyən ata bu illərdə axtarıb tapardı. Ondan heç nə istəməmişəm".

Müğənni "Fazil Əmiraslanovun hansı xüsusiyyətini bəyənmirsən?" sualına isə belə cavab verib: "Fazil müəllim insan olaraq çox möhtəşəmdir. Hər igidin işi deyil ki, kiminsə övladına öz soyadını versin. Mənfi xüsusiyyətinə gəlincə, bu, ikinizdə də var. Səbrsizsiniz və ikiniz də "Mən nə deyirəm, o olmalıdır" deyirsiniz. Qarşınızdakı insanın nə istədiyini düşünmürsüz. O, mənim üçün atanın nə olduğunu yaşadan insandır".

Qeyd edək ki, Aysun İsmayılova həyat yoldaşı Eşqin Cəlilovdan boşanma iddiası ilə gündəmdədir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər