27 Sentyabr 2022 13:46
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhurlar 27 sentyabr Anım Günü ilə bağlı paylaşım ediblər.

Teleqraf.com məşhurların paylaşımlarını təqdim edir:

Xəzər televiziyasının rəhbəri Murad Dadaşov: "Xatirəniz əbədi, adınız ölməzdir".

Xalq artisti Aygün Kazımova: "Vətən uğrunda canından keçən şəhidlərimizə Allah rəhmət etsin. Dərin ehtiram və qürurla anırıq".

Xalq artisti Faiq Ağayev: "Qürurla, fəxrlə, sevgi ilə anırıq".

Aparıcı Lalə Azərtaş: "Bu torpağın hər daşını Vətən edib, onun uğurunda canından keçən, qanı ilə tarix yazıb, özü bu tarixə sığmayan, bir ananın oğlu kimi doğulub, min anaya oğul olan, "havam da, suyum da şəhadətdir" deyən, bizə qanlı döyüşlərin qələbə qürurunu yaşadan, üçrəngli bayrağımız ucalsın deyə, evinə bayrağı bükülüb dönən şəhidlərimizin ruhuna and içirəm! Sizi unutmarıq, unutdurmarıq! Xatirəniz əbədi, adınız ölməzdir!"

Müğənni Günay İbrahimli: "Allah şəhidlərimizə rəhmət eləsin".

Aparıcı Aytən Səfərova: "Şəhidlər ölməz, vətən bölünməz!"

Aparıcı Afaq Gəncəli: "Xatirəniz əbədi, adınız ölməzdir".

Rəqqasə-aktrisa Oksana Rəsulova: "Allah şəhidlərimizə rəhmət eləsin".

Xalq artisti Tünzalə Ağayeva: "Ehtiramla, şükranla şəhidlərimizi anırıq".

Kikboksçu Zabit Səmədov: "Hörmətlə anırıq!"


Müəllif: Rəqsanə Həsənova