5 Oktyabr 2022 15:05
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Qədir Qızılsəs haqqında ölüm şayiəsi yayanlara cavab verib.

İfaçı Teleqraf.com-a açıqlamasında deyib:

"Şəhidlərimzə və Məhərrəmlik ayına görə efirlərə çıxmırdım. Səhhətim yaxşıdır, Allaha çox şükür. Ölüm xəbərimi yayanlar Allahsız insanlardır və Allahdan qorxmurlar. Bu, paxıl insanların işidir. Birinci dəfə deyil, neçənci dəfədir belə edirlər. Şayiələrlə məni sevənləri narahat edirlər, çoxlu zəng edənlər olur. Məqsəd toy bazarıma zərbə vurmaq və camaatı çaşdırmaqdır. Bizim gəlir yerimiz ancaq toy mərasimlərdir".

Qeyd edək ki, gecə saatlarında Qədir Qızılsəsin ölüm xəbəri yayılmışdı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər