Tanınmış italiyalı müğənni və bəstəkar Cuzeppe Manqo, mahnı ifa edərkən, dünyasını dəyişib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, İtaliyada və dünyada kifayət qədər tanınan və sevilən, daha çox Manqo adı ilə yadda qalan müğənni və bəstəkar Cuzeppe Manqo, Polikoroda baş tutmuş konsertdə çıxış edərkən, infarkt keçirib.
Bildirilir ki, konsert zalında olan bəzi tamaşaçılar, müğənninin ürək tutmasından xəbər tutduqda, özlərini pis hiss etməyə başlayıblar. Onlardan bəziləri xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Manqonun ən məşhur mahnılarından biri "Oro"dur ( Qızıl"). Məhz bu mahnını ifa edərkən Cuzeppe Manqo, infarkt keçirib.
Teleqraf.com həmin videonu təqdim edir :
Rüstəm