Əməkdar artist Nigar Şabanova XTQ giziri, hərbçi həyat yoldaşı Xəyyam Qaragözovdan boşanma səbəblərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, "Elgizlə izlə" verilişində bu sözləri deyib:
"Həyat yoldaşımdan rəsmən boşanmışam. Müəyyən məsələlər oldu və məndə qıcıq yaratdı. Ailə quranda heç kim düşünmür ki, ailəsi dağılacaq. Qürurla, fəxrlə, sevilərək, üzü gülərək ailə qurur. Amma olmayanda olmur. Bir qadın ailədə təkbaşına mübarizə aparırsa və qarşı tərəf üçün fərqi yoxdursa, ziyanın yarısından qayıtmaq daha yaxşıdır.
Artıq altı aydır boşanmışam. Nə qısqanclıq, nə də xəyanət oldu. Amma boşanmağıma çox böyük səbəblər vardı. İlk gündən demişəm ki, xəyanət üçün ailə dağılmaz. Bu gün də o fikirdəyəm. Özünə hörmət edən kişi qadınına hörmətsizlik etməz".
İki ilə yaxın adıma görə çox mübarizə apardım. Ayaqda durmağa məcburam. Allah yazıbsa, heç kim boyun qaçıra bilməz. Bunu yaşamalıyam və yaşadım. Özümü məhv etməklə, zəif göstərməklə heç nə düzələn deyil. Mənim üçün ailə müqəddəsdir. Ağıllı qadın ailədə qısqanclıq yaratmamalıdır.
Sənin üçün birinci sənət idisə, ailə qurma, ailə qurmusansa birinci ailə olmalıdır, sonra sənət. Onun peşəsinə çox hörmət etdiyim üçün işdən çıxmasını istəmərəm. Çünki əlimdə elə bir sübutlarım var ki, heç bir qadına onu arzu etmirəm. Heç bir qadına iki ildə yaşadıqlarımı arzulamıram".