Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Nərgiz Bağıyeva taksi sürücüsü tərəfindən döyülüb.
Teleqraf.com xəbər verir ki, Nərgiz Bağıyeva Beyoğludakı iş yerindən evinə gedərkən gözlənilməz hadisə ilə qarşılaşıb. Sağ tərəfdən keçən taksi ifaçının avtomobilinə çırpılıb. İfaçı isə heç nə olmamış kimi yoluna davam edən taksi sürücüsündən dayanmasını istəyib. Qəzəblə taksidən düşən sürücü Bağıyevanı təhqir edib və saçından tutaraq üzünə yumruq vurub.
Hüquq-mühafizə orqanlarına şikayət edən ifaçı hadisənin təfərrüatını danışıb: "Saçlarımdan tutdu və üzümə yumruq vurmağa başladı. Danışmaqda çətinlik çəkirəm. Sonra başımı yoldakı dəmir baryerlərə vurmağa başladı. Dodağım partladı, burnum, çənəm, biləklərim ağrıyır".