83 yaşlı xanəndə, əməkdar artist Süleyman Abdullayevin səhhəti pisləşib.
Teleqraf.com-un xəbərinə görə, bu haqda əməkdar artistin qızı Aygün Abdullayeva “Günün sədası” verilişdə məlumat berib.
O, atasının səhhətinin pis olduğunu deyib: “Atam ağır vəziyyətdədir, qanqrenadan əziyyət çəkir. Beş gündür ki, ağrıkəsicilərlə yaşayır. Vəziyyəti çox pisdir. Övladı olaraq çox əziyyət çəkirik, heç vaxt atamızı belə görməmişik. Atamın ürək fəaliyyətində çox ciddi problemlər var. Həkimlərin qoyduqları diaqnoza görə, ürəyinin yalnız 30 faizi fəaliyyət göstərir, böyrəklərindən biri işləmir, qaraciyərində çox ciddi problemlər var. Amma həkimlər müalicələri dayandırmağı məsləhət görüblər. Hər şey Allahdan gəlir və həkimlərimiz də bu xəstəliklər qarşısında acizdirlər. Çünki əllərindən gələn hər şeyi ediblər.
Bir il bundan əvvəl avqustda atamın ayağının baş barmağında qanqrena başladı, amputasiya olundu. Bir il keçəndən sonra çeçələ barmağı qaralmağa başladı. Onu da amputasiya etdilər.
Atam çoxdan şəkər xəstəsidi, dar ayaqqabı geyinməməlidi. Dar ayaqqabı geyindiyinə görə ayağında qanrena əmələ gəldi".