20 Oktyabr 2022 14:59
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl səhhəti pisləşən əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman) xəstəxanaya yerləşdiriləcək.

Bu haqda Teleqraf.com-a xanəndənin qızı Aygün Abdullayeva məlumat verib: "Atam yemək yeməyə başladığına görə səhhətində irəliləyiş var. Buna çox sevinirik. Dövlət tərəfindən də dəstək oldu və bizə bildirildi ki, xəstəxanalardan birinə yerləşdirilsin və müalicəsi orada davam etsin.

Hələ ki, atam evdədir. Biz atamın yaşamasından ümidimizi üzmüşdük. 18 gün idi ki, qida qəbul etmirdi".

Qeyd edək ki, 83 yaşl xanəndə şəkər xəstəliyindən əziyyət çəkir. Onun ayağı qanqrena edib. Həkimlərin rəyinə görə, ürəyi 30 faiz fəaliyyət göstərir, qaraciyərində ciddi problemlər var.






Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər