10 Dekabr 2014 12:03
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova dinləyicilərini yeni mahnısı ilə sevindirib.

Teleqraf.com xəbər verir ki, "Onun adı Leyladır" adlanan mahnının musiqisi Maestro Ceyhuna, sözləri isə Cavid Qurbanova aiddir.

Mahnı ilə bağlı təəssüratlarını bölüşən Maestro Ceyhun bunları deyib:

"Onun adı Leyladır" mənim eyni müəllifin sözlərinə yazdığım ilk mahnı deyil. Bundan əvvəl də Cavidin şeirlərinə musiqi bəstələmişəm. Amma sözügedən mahnı bəstələrimin içində xüsusi əhəmiyyət kəsb edir. Brilliant xanımın mahnıma həyat verməsi məni xüsusən sevindirir. Güman edirəm bu, dinləyicilərin də ürəyincə olar".

Qeyd edək ki, hazırda Brilliant Dadaşova bir neçə albom üzərində çalışır.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər