21 Oktyabr 2022 17:25
2 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Zəngilanda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə baş tutan “Dost Aqropark”ın açılış mərasimində müğənni Çinarə Məlikzadə də səhnəyə çıxıb.

Teleqraf.com xəbər verir ki, sənətçi tədbirdə 4 mahnı səsləndirib.

Daha sonra prezident İlham Əliyev Çinarəni nəzərdə tutaraq “Dəvət edək, bir şəkil çəkdirək” deyə bildirib.

Səhnəyə çıxan Çinarə Məlikzadə prezidentlərə təşəkkür edib. Daha sonra o, sosial media hesabında bunları yazıb:

“Dost Aqropark”ın açılış mərasimində sənətçi olaraq yalnız mənim iştirakım çox qürurverici idi. Bu sevgi və dəvətə görə, şirkətin rəhbəri Mehmet Zeki Tuğrula təşəkkür edirəm. Şükürlər olsun ki, bu gün tarixi torpaqlarımızda, o cümlədən, Zəngilanda bu cür mərasimlər keçirilir. Buna görə şəhidlərimizə, qazilərimizə, ümumilikdə əsgər qardaşlarımıza və Ali Baş Komandanımıza minnətdarıq!

Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyev və daim Azərbaycana qardaşlıq nümayiş etdirən cənab Rəcəb Tayyip Erdoğanla eyni tədbirdə iştirak etməyin məmnunluğunu yaşayıram! Yaşasın, Türkiyə-Azərbaycan dostluğu!”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər