Müğənni Hiss yeni trekini təqdim edib. Gənc ifaçı bu dəfə “Unuduram” mahnısını ekranlaşdırmaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, ifaçı klipin çəkilişi üçün Monteneqroya üz tutub və layihə üç gün ərzində lentə alınıb.
Söz və musiqisi Miroya aid olan “Unuduram”ın rejissoru Fərman Bəşirlidir. Sözügedən mahnının miks və masterinqini Nihad Məlikov edib.
Məlumat üçün qeyd edək ki, “Unuduram” təqdim olunacaq “Mars” albomunun ilk mahnısıdır. Bir neçə gün sonra ictimaiyyətə albomla eyni adı daşıyan trek təqdim olunacaq. Noyabrda isə daxil olan digər beş bəstə musiqi platformalarında yayımlanacaq.