31 Oktyabr 2022 12:24
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türkiyəli aktrisa Dəniz Uğur prezident Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.

Teleqraf.com xəbər verir ki, Dəniz Uğur sosial şəbəkədə paylaşım edərək prezidentə səslənib.

"Hörmətli prezident, ailəm, uşaqlarım və mən hər kəsin gözü qarşısında zorakılığa məruz qalırıq. Xahiş edirəm, "dur" deyin".

Qeyd edək ki, Dəniz Uğur keçmiş həyat yoldaşı Reha Muxtarın 13 yaşlı qızı Minaya şiddət göstərdiyi iddiası ilə məhkəməyə müraciət edib və qızının müvəqqəti qəyyumluğunu almışdı.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər