Müğənni Günel Ələkbərova həyat yoldaşından boşanıb.
Teleqraf.com xəbər verir ki, Günel Ələkbərova bu haqa "MTV maqazin" verilişində məlumat verib.
O, on illik ailəsinin dağıldığını deyib: "Qızımın atasıyla rəsmi nikahımız olmayıb, kəbin kəsdirmişdik. Şəxsi ailə məsələsini gündəmə gətirmək istəmərəm. Qızımızın yanında olduğu ərəfədə başımın tacıdır. 12 ilə yaxındır ki, ona qarşı heç bir səhvim olmayıb. Sadəcə elə nüanslar var ki, bağışlaya bilmərəm. Münasibətimizdə inciklik var. Amma çox gözəl atadır. Ona hörmətim sonsuzdur. Mənim yanlış etmədiyimi bilir".