12 Noyabr 2022 12:53
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ayan Babakişiyeva "MTV maqazin" verilişində şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, ifaçı ailə quracağını açıqlayıb: “Mütləq toy mərasimi olacaq, bu, danılmazdır. Bunu istəsəm də gizlədə bilmərəm. Təbii, çox istəyərəm ki, ailəm, qurduğum yuvam, ocaq heç zaman sönməsin. Ona görə bəlli məsələlər var ki, onu yüz ölçüb, bir biçirsən. Bu həyatda cavabdehlik etdiyin bir şəxs olmasa, qəlbinlə hərəkət edə bilərsən, amma övladım var. Ona görə də bu seçimin üstündə çox düçünürəm.

O insan artıq bilir ki, mənim həyatımdadır. Mənim hansı standartlarım olmalıdır? Bahalı ev, avtomobil, özəl təyyarə istəyirəm? Belə standartlarım yoxdur. Mən Ayanam. Sevdiyim insanın görünüşü, kənardan necə görünməsi, ümumiyyətlə, deyilən fikirlər önəmli deyil. Sevirəm, istəyirəm, mən onunla xoşbəxtəm. Mən Ayanam, öz çəkimi, yerimi, dəyərimi və statusumu çox gözəl bilirəm. O bilir ki, onun həyatında Ayan var".

Qeyd edək ki, Ayan Babakişiyevanın Selena adlı bir qızı var.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər