Müğənni Əlikram Bayramovun
Biləsuvar rayon Mədəniyyət Mərkəzinin direktor müavini təyin olunması haqqında xəbər yayılıb.
Müğənni Teleqraf.com-a açıqlamasında bildirib ki, mediaya yanlışlıqla direktor müavini olduğunu söyləyib: "Əslində Biləsuvar rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçisiyəm. Bədii tərtibatçı vəzifəsində çalışıram. Burada və başqa rayonlarımızda konsert proqramı ilə çıxış edirik".
İfaçı rayona köçməsi haqqında yayılan məlumata isə "Biləsuvarda yaşayıram, toylar olduqca Bakıya gəlirəm", - deyə reaksiya verib.
Qeyd edək ki, bu haqda ilk xəbəri Manset.az saytı yayıb.