Meyxanaçı Pərbiz Bülbülə ARB televiziyasında yayımlanan "Maqazin plus" verilişində açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Pərviz Bülbülə meyxananın səviyyəsindən şikayət edib.
"Müəyyən nəslin nümayəndəsi ilə çox qarışıqlıq yaranıb. Ümumiyyətlə, qəribə bir mənzərə var. Hər şeyə səbəb köhnə meyxanaçılardır, gənc meyxanaçıların günahı yoxdur. Nə özümü şou-biznes əhli, nə də meyxanaçı bilirəm. Sadəcə xalqa lazım olan faydalı tərəflərim, öz kütləm, janrım var", - o bildirib.
Duet ortaqlarını tez-tez dəyişən meyxanaçı bu dəyişikliyin səbəbini ilk dəfə açıqlayıb: "Mənim heç kimlə münasibətim korlanmayıb. Görsəniz ki, kiminləsə aram dəyib, əvvəlcə qüsuru özümdə axtaracam. Sadəcə bir arada görsənməyi xoşlamıram, arada fasilə vermək lazımdır".