Məşhur müğənni Rihanna Los-Ancelesdə xeyriyyə gecəsi təşkil edib.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, Rihanna nənə və babasının şərəfinə yaratdığı "The Clara Lionel Foundation" xeyriyyə fondunun ilk ziyafətini verib.
Fond Rihanna tərəfindən 2012-ci ildə nənəsi və babasının şərəfinə yaradılıb. Gecə ərzində qonaqlar təntənəli şam yeməyində iştirak ediblər, daha sonra isə xeyriyyə hərracı başlayıb. Hərracdan sonra qonaqları ifaçıdan hədiyyə orkestrin müşayiətində çıxış gözləyib. Tədbir zamanı toplanan bütün vəsaitlər ehtiyacı olanların həyatının asanlaşdırılmasına yönəldiləcək.
Gecədə məşhurlarla yanaşı Rihannanı ailə üzvləri də onu tək buraxmayıb.
Teleqraf.com gecədən olan fotoları təqdim edir:
Rüstəm