26 Noyabr 2022 15:27
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Estetik əməliyyata qarşı deyiləm, çünki efirə çıxırıq, bu sahə gözəllik tələb edir. Bir ay ərzində estetik əməliyyat edəcəm, buxaq əməliyyatı. Özümü narahat hiss edirəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Nazənin "MTV maqazin" verilişində deyib.

O, qadınların geyim tərzindən də danışıb: "Qadında hər şey örtülü gözəldir. Xanım ölçülü geyinməlidir. Hazırda müğənnilər bəhanə olub. Toya gedəndə görürəm, elə geyinirlər ki, mən utanıram. Amma müğənniləri o dəqiqə müzakirə edirlər".

Nazənin boşanmalardan da danışıb: "Həyatda iki cür yaşam tərzi var. Özümü tanıyandan məhdudiyyətlər qoymuşam. Biri var ağılla, biri də var hisslərinlə yaşayırsan. Hisslərlə sevmək faciəyə, tez boşanmalara səbəb olur".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər