Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə məşhur zərgərlik brendinin reklam siması olub.
Teleqraf.com xəbər verir ki, aktrisa Türkiyə mətbuatına müsahibəsində əməkdaşlığın ona faydalı olduğunu deyib.
“Artıq zinət əşyalarına pul vermirəm" - deyən Cavadzadə daha sonra əlavə edib:
“Mən mübaliğəni sevirəm. Lazım olduğundan daha qəşəng geyinməyi, harasa gedəndə diqqəti üzərimə çəkməyi xoşlayıram”.