"Avroviziya"da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov heyətdən getdiyini açıqlayıb.
Teleqraf.com-un xəbərinə görə, İsa Məlikov bu haqda sosial şəbəkədə məlumat verib: "Bugündən etibarən “Avroviziya” müsabiqəsinin Azərbaycan deleqasiyasına rəhbərlik etmirəm. Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəssüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır.
Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracam. Gələn il, nəhayət, ilk müəllif konsertimi reallaşdırmağı planlaşdırıram. Eyni zamanda, daha bir layihənin startı gözlənilir, amma bu hələ ki, sirdir. İTV telekanalı və xüsusi ilə də kanalın rəhbərliyi ilə münasibətlərimiz möhtəşəm formalaşıb. İrəlidə bir çox planımız var və 2023-də xeyli maraqlı istiqamətlərdə çalışacağıq.
“Avroviziya” müsabiqəsində Azərbaycanı təmsil edən, birlikdə işlədiyim hər kəsə minnətdaram".