Aktrisa Ülviyyə Xəlilbəyli onu tənqid edənlərə cavab verib.
Teleqraf.com-un xəbərinə görə, Ülviyyə Xəlilbəyli İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:
"Sanki mənə şərh yazanların hər biri dünya gözəlidir. Sanki heç kəsin evində heç vaxt problem olmur. Onlar süddən çıxmış ağ qaşıqdırlar. Hamısı dünya gözəlidir. Ancaq məndə səhv tapırlar. İnsanlara necə baxırsınızsa, elə də görürsünüz. Yoğrun ola və pis görsənə bilərəm. Siz hər şəkildə çoxmu gözəl düşürsüz!? Ancaq pis rəylər yazırsınız. Qəlbiniz nə qədər qaradır, paltarım kimi.
Bir az daxilinizi təmiz tutun. Bəlkə üzünüzə yansıya bilər. O qədər qara qəlblisiniz ki, ona görə həyatda uğur qazana bilmirsiniz. Qəlbinizə sevgi dolsun ki, gözəl görməyi bacarasız".