23 Dekabr 2022 14:24
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova ATV-də yayımlanan "Günün sədası" verilişində haqqındakı şər-böhtandan danışıb.

Teleqraf.com xəbər verir ki, xalq artisti hətta şayiələrə görə özünü öldürmək istədiyini də etiraf edib:

“Həyatı başa düşdükcə insan anlayır ki, söz-söhbət boş şeylərdir. Mən səhnəyə çıxandan qoymayıblar ki, hüzur tapım. Həmişə adımdan şayiələr yayıb, şər-böhtana əl atıblar. Hər zaman nigaran baxışlarla baxmışam ki, görəsən camaat haqqımda nə fikirləşəcək? Bu qədər yalan ola bilər? Birdən tamaşaçılar bu şayiələrə inanarlar...

Bunlar hər zaman məni narahat edib. Çünki ağlıma gəlməyən şayiələri haqqımda yayıblar. Ağlıma gəlməyən hekayələr uydurublar. Həmişə nigaran idim. Hətta özümü öldürmək belə istəmişəm.

Zaman keçdikcə anladım ki, bu, insan xislətidir. Şayiələri yayan insanların aqibətinə baxıram və görürəm ki, bu bədbəxtçilikdir. Paxıllıq insan üçün çox pis bir hissdir. Elə insanların çox pis aqibəti olur. Ondan sonra rahat oluram və bu kimi halları qəbul etməyə başlayıram”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər