Xalq artisti Ağadadaş Ağayevin keçmiş gəlini Quteyis Ağayeva "TikTok" platformasında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Quteyis Ağayeva bu sözləri deyib:
"Yeddi ll əvvəl Bakıya gəlin gəldim. Bakı mənim vətənimdir. Deyə bilmirsiz ki, Qutayis yazıqdır, Bakıda yalnız qalıb, çarəsizdir? Onun qayınatası çox imkanlı və tanınmış adamdır, özü isə pis vəziyyətdədir, niyə demirsiz? Niyə qadının tərəfini saxlamırsız? “Niyə demirsiz ki, səni anlayırıq? Düşmən olan qaynanama da “can” deyib qucaqlayıb ağlamışam.
Bezmişəm bu platformadan. “TikTok”u silmək istəmirəm, qızım var, işim yolunda getmədi, buradan pul qazanıram. Elə olub ki, jetonları pula çevirib, xəstələrə yardım etmişəm, amma cibimdə 40-50 manat pul olub. Bu mənim qəlbimdir. Xahiş edirəm qəlbimi sındırmayın”.
Qeyd edək ki, Qutayis Ağayeva Ağadadaş Ağayevin oğlu ilə evli olub. Onun bir övladı var