Xərçəng xəstəliyindən sağalan əməkdar artist Aygün Bəylər yenidən Türkiyəyə gedir.
Bu haqda Teleqraf.com-a ifaçının köməkçisi məlumat verib.
O qeyd edib ki, əməkdar artist dekabrın 30-da Türkiyəyə yola düşür: "Aygün Bəylər sonuncu dəfə sənədləri təqdim etmək üçün Türkiyəyə gedir. İnşallah ki, bir daha getmək lazım olmaz".
Qeyd edək ki, Aygün Bəylər süd vəzi xərçəngindən əziyyət çəkirdi. O, Türkiyədə müalicə alıb.