17 Dekabr 2014 13:33
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Dəniz Səki bir vaxtlar "Popstar" yarışmasında mübahisə etdiyi ifaçı Bayhanın onu ziyarət etmək istəyinə müsbət cavab verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbsxanada 1 ayını tamamlayan Deniz Seki narkotik maddə saxlama və satmaqda günahkar bilinərək 6 il 3 ay həbs cəzasına məhkum edilib.

Məşhur müğənnini ötən gün qardaşı Serkan Seki və meneceri Azad Aras ziyarət edib. Aras ziyarəti zamanı Sekinin 2003-ci ildə təşkil edilən "Popstar" musiqi yarışmasından "cinayətdə ittiham olunmuş" səbəbiylə çıxartmaq istədiyi Bayhandan mesaj gətirib.

Bayhanın onu ziyarət etmək istədiyini bildirən Aras müğənnidən aldığı cavabı mətbuata çatdırıb : "Bayhan bəy bizi axtarıb görüşmək istədiyini söylədi. Dəniz xanım "Nə zaman istəsə? gələ bilər" dedi ".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər